top of page

Danimarkalı hakim 3-cü dəfə “Qarabağ”ın oyununa təyin olundu!


“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə ilk oyununu idarə edəcək danimarkalı Morten Kroq karyerası ərzində üçüncü dəfə Ağdam klubunun matçına təyinat alıb.


90plus.az xəbər verir ki, 35 yaşlı referi bir dəfə isə əlavə köməkçi hakim qismində “Qarabağ”ın 2018/2019 mövsümünün qrup mərhələsində İngiltərə “Arsenal”ı ilə səfər görüşündə əlavə köməkçi rolunu oynayıb. Londondakı oyunda ev sahibləri 1:0 hesablı qələbə qazanıblar.


Danimarkalı 2021/2022 mövsümündə UEFA Konfrans Liqasının qrup mərhələsinin “Qarabağ” – “Omoniya” (Kipr) qarşılaşmasında isə baş hakim olub. 2:2 hesabı ilə nəticələnən matçda Azərbaycan klubunun heyətində Musa Qurbanlı, Toral Bayramov və Kadi Borges sarı vərəqə alıblar.

0 comments
bottom of page