Danimarkalı referinin debütü "Qarabağ"ın oyununa təsadüf edəcək

Bakıda "Qarabağ" və Kiprin "Omoniya" klubları arasında UEFA Konfrans Liqasının qrup oyunu danimarkalı FIFA referisi Morten Krox üçün əlamətdar olacaq.


90plus.az yerli mətbuata istinadən xəbər verir ki, 33 yaşlı baş hakim karyerası ərzində ilk dəfə avrokubokların qrup matçında ədaləti təmsil edəcək.


Ona yan xətt hakimləri Nils Höq və Şteffen Bramsen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yorgen Burxardt yerinə yetirəcək.


Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.


0 comments