top of page

David Alaba Azərbaycana qarşı oynamayacaq!


Avstriya millisinin kapitanı David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçikaya qarşı keçiriləcək oyunları buraxacaq.


90plus.az Avstriya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi heyətdən çıxarılıb.

Baş məşqçi Ralf Ranqnik ona dəvət göndərsə də, tibbi müayinədən sonra yığmanın oyunlarına hazır olmayacağı müəyyənləşib. İspaniyanın “Real” klubunun 31 yaşlı oyunçusu Madrid təmsilçisinin düşərgəsində qalacaq.

Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək avstriyalılar bundan üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaqlar.

0 comments
bottom of page