David Luizlə bağlı qərar açıqlandı 

"Arsenal"ın futbolçusu David Luislə müqavilənin müddətini uzadacaq.

90plus.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, belə ki, məşqçi qərargahı braziliyalı müdafiəçinin oyunundan razıdır və onu komandada saxlamaq istəyir. Bildirilib ki, "Arsenal" D.Luislə müqavilənin 2021-ci ilin yayına kimi uzadılması seçimindən istifadə edəcək. Qeyd edək ki, D.Luis bu mövsüm 32 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

0 comments