
"Real Sosyedad"ın yarımmüdafiəçisi David Silva üçün mövsüm erkən bitib.
90plus.az xəbər verir ki, 37 yaşlı oyunçu dizindən zədələnib. Bu barədə "Mundo Deportivo" məlumat yayıb.
İspaniyalı futbolçunun bir neçə həftədən sonra sıraya dönəcəyi bildirilib. Bu isə o deməkdir ki, Silva son 2 turda "Atletiko" və "Sevilya"ya qarşı keçiriləcək oyunlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, David Silva bu mövsüm "Real Sosyedad"da 34 oyuna 3 qol vurub, 7 qolun ötürməsini edib.