Davies BMT-nin Xoşməramlı səfiri oldu


90plus.az xəbər verir ki, "Bayern"in futbolçusu Alphonso Davies, Birləşmiş Millətlər Təşkilatının Məcburi köçkünlər Agentliyinin Xoşməramlı səfiri statusunu alan ilk oyunçu oldu.

Davies, valideynlərinin

Liberiyadan qaçdığı Qanadakı qaçqın düşərgəsində anadan olub. Valideynləri, beş yaşında Kanadaya köçüb.


“İnanıram ki, hekayəm insanların həyatını dəyişdirməyə kömək edə bilər. Keçmiş tariximi heç vaxt unutmayacağam və buna görə də çox işləyirəm.


Mən məcburi köçkün idim, bu mənim hekayəmin bir hissəsidir və bunu hər kəslə bölüşmək fürsəti tapdığım üçün xoşbəxtəm. Bu, hər gün məni insanlarla ünsiyyət qurmaq, ümid olduğunu söyləmək, vəziyyəti anlamağda kömək etməyə imkan verir"

0 comments