Deşam Avro-2020 iddiası haqda


Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının "Avro-2020" iddiası haqda danışıb. 90plus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, istedadlı, yüksək səviyyəli futbolçularının olduğunu deyib: "Fransa dünya çempionudur. Amma rəqiblərimiz bizdən zəif deyillər. Arxayınlaşmamalıyıq. Fransada elə düşünürlər ki, biz artıq qalibik və heç oyuna çıxmağa da ehtiyac yoxdur. Bu, komanda üçün ola biləcək ən pis şeydir. Bizim futbolçuların iddiası çoxdur. Amma onlar rahatlaşmamalıdır. Mərhələ-mərhələ irəliləməli və indidən final haqda düşünməməliyik". Xatırladan ki, Fransa F qrupunda Portuqaliya, Almaniya və Macarıstanla yarışacaq.

0 comments

Recent Posts

See All

UEFA Böyük Britaniya və İrlandiyada keçirilməsi gözlənilən “Avro-2028”də komanda sayını 24-dən 32-ə qaldırmaq fikrindədir. 90plus.az xəbər verir ki, bu haqda Britaniyanın “Daily Mail” nəşri məlumat y