
Azərbaycan milli komandasının baş məşqçisi Gianni De Biasi Antalyaya yollanıb.
90plus.az xəbər verir ki, səfərin məqsədi Antalyada təlim-məşq toplanışında olan klubların heyətindəki Azərbaycan milli komandasına potensial namizəd futbolçuları izləməkdir.
Qeyd edək ki, məşqçinin Antalya şəhərinə səfəri iki futbolçu - Kamran Əliyev və Anatoli Nuriyevlə bağlıdır.