De Biasi parlament seçkilərində iştirak edəcək


90plus.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Gianni De Biasi aprelin 24-də Albaniyada keçiriləcək parlament seçkilərində səs verəcək.


Albaniya vətəndaşı olduğuna görə üçün fəxr etdiyini söyləyən De Biasi diplomatik pasportunun ləğv edilməsi ilə bağlı məsələyə də toxunub. 65 yaşlı mütəxəssis hələ rəsmi qərar olmadığını bildirib:


"Bunu jurnalistlərdən eşitmişəm. Həqiqətən belədirsə, bir az mənasız qərardır. Çünki hansısa uğurumuza görə bu sənədi verib, 5 ildən sonra ləğv etmək absurddur. Amma tələb etsələr, pasportu mütləq qaytaracağam".


Xatırladaq ki, 2011 - 2017-ci illərdə Albaniya millisinə rəhbərlik etmiş De Biasiyə diplomatik pasport yığmanı 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxardığı üçün verilib.

0 comments