top of page

De Bröyne Azərbaycan millisinə qarşı oyunu buraxacaq

Belçika yığmasının daha bir ulduzu sentyabrda Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.


90plus.az "hln.be" saytına istinadən xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Kevin De Bröyne zədə səbəbindən Bakıdakı matçda oynamayacaq.


32 yaşlı pleymeyker səfərdə "Bernli"ni 3:0 hesabı ilə darmadağın etdikləri Premyer Liqanın yeni mövsümünün açılış qarşılaşmasında dizindən zədə alıb. Təcrübəli oyunçu 23-cü dəqiqədə Mateo Kovaçiçlə əvəzlənib.


Qeyd edək ki, daha əvvəl Belçika yığmasının əsas qapıçısı Tibo Kurtua İspaniya "Real"ının məşqi zamanı sıradan çıxıb. Qolkiperin əməliyyat olunacağı və ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.


Sentyabrın 9-da keçiriləcək Azərbaycan - Belçika oyunu saat 17:00-da başlayacaq.



0 comments
bottom of page