De Brüyne zədələndi

"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne zədələnib. Qol.az "BBC"yə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İngiltərə kubokunun yarımfinalında "Çelsi" ilə matçda (0:1) sıradan çıxıb. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Baş məşqçi Pep Qvardiola isə görüşdən sonrakı mətbuat konfransında belçikalı oyunçunun zədəsinin ağır ola biləcəyini və onun yaxşı görünmədiyini bildirib: "De Brüyne elə də yaxşı görünmür. Kevin həqiqətən də ağrıyır. Görək, necə olur. O, sabah tibbi müayinədən keçəcək".

Qeyd edək ki, "şəhərlilər" 10 gün əvvəl Kevin de Brüyne ilə 2025-ci ilədək yeni müqavilə imzalayıblar.

0 comments