top of page

De Bruyne millimizlə oyuna kapitanlıq sarğısı ilə çıxacaq

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyneni yığmanın kapitanı təyin edib.


90plus.az "Sporza"ya istinadən xəbər verir ki, qapıçı Tibo Kurtua ikinci, Romelu Lukaku üçüncü kapitan olacaq.


De Bruyne kapitan təyin olunmasına belə münasibət bildirib: "Bu, qürur anıdır. Millidə çoxdan oynasam da, ölkəmi kapitan kimi təmsil etmək böyük şərəfdir. Ümid edirəm ki, işimin öhdəsindən layiqincə gələcəyəm".


Belçika yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu martın 24-də İsveçə qarşı keçirəcək. 


"Qırmızı şeytanlar" AÇ-2024-ün seçmə mərhələsində İsveç, Avstriya, Estoniya və Azərbaycanla eyni qrupda mübarizə aparır.

0 comments
bottom of page