De Byazi AFFA-ya təşəkkür etdi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi öz sosial şəbəkə hesablarında yeni paylaşım edib.


90plus.az xəbər verir ki, mütəxəssis AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə onunla sentyabrın 30-u başa çatan müqavilənin müddətinin daha bir seçmə mərhələ müddətinə uzadılmasına görə təşəkkür edib. De Byazi yazıb:


"Milli komandamızla indiyədək görülən işləri müsbət qiymətləndirdikləri üçün AFFA-ya, xüsusilə də milli assosiayasının prezidenti Rövnəq Abdullayevə və İcraiyyə Komitəsinə şəxsən öz təşəkkürümü bildirirəm. Biz meydanda işi optimallaşdırmaq üçün oyunçular, menecerlər və azarkeşlər üçün qane edə biləcək şərait yaratmışıq. İndi bizi iddialı və gərgin sınaq, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi gözləyir. Mənimlə inamla addımlayan futbolçularımıa, meydanda və ondan kənarda əzmlə çalışanlara təşşəkkürümü bildirirəm. Onların mənim üçün cox dəyərlidir".



0 comments