De Byazi Belçika - İtaliya matçı haqda

Milli komandamızın baş məşqçisi Canni De Byazi Avro-2020-nin 1/4 finalında bu gün keçiriləcək Belçika – İtaliya matçı ilə bağlı fikirlərini bildirib.

90plus.az xəbər verir ki, italiyalı mütəxəssis “Bianconera” radiosuna açıqlamasında ölkəsinin yığmasının qalib gəlmək əzmində olduğunu deyib: “İtaliya millisi Belçikanı məğlub edə bilər. Roberto Mançini ona həlledici imkanlar verən yaxşı heyətə sahibdir”. De Byazi “Yuventus”un yeni baş məşqçisi Massimiliano Alleqri və komandanın liderlərindən olan Kriştiano Roanldo haqqında da danışıb: “Alleqri yenə də yaxşı nəticə verəcək. Çünki oyunçularla münasibəti yaxşıdır və taktiki cəhətdən də çevikdir. Kriştiano Ronaldo? Ona qarşı şübhə yoxdur, ancaq balanslılıq baxımından yenə düşünmək lazımdır”.

0 comments