De Byazi bu 26 nəfərə millidə oynamaq üçün dəvət göndərdi!


UEFA Millətlər Liqasında Slovakiya və Qazaxıstan yığmaları ilə üz-üzə gələcək Azərbaycan millisinin heyəti açıqlanıb.

90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi 26 oyunçuya dəvət göndərib.



Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.

Qapıçılar: Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Emil Balayev ("Səbail"), Səlahət Ağayev ("Qəbələ")

Müdafiəçilər:  Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Abbas Hüseynov, Elvin Cəfərquliyev (hamısı "Qarabağ"), Qismət Alıyev ("Zirə"), Cəlal Hüseynov ("Şamaxı"), Amin Seydiyev ("Sabah"), Höccət Haqverdi (“Traktor”, İran), Anton Krivotsyuk (“Visla" Plosk, Polşa)

Yarımmüdafiəçilər : Riçard Almeyda, Filip Ozobiç (hər ikisi  "Qarabağ"), Aleksey İsayev, Elvin Camalov, Anatoli Nuriyev (hamısı "Sabah"), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi "Neftçi"), Ozan Can Kökçü ("Eyndhover", Niderland)

Hücumçular: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi  "Qarabağ"), Renat Dadaşov ("Qrasshopper, İsveçrə), Mahir Emreli ("Dinamo" Zaqreb, Xorvatiya), Rüstəm Əhmədzadə ("Zirə")

0 comments