top of page

“De Byazi gedib, ondan yaxşısı gələcəksə, mən razı"

“Millinin oyunlarından sonra AFFA İcraiyyə Komitəsi yığışacaq. De Byazinin məsələsi də məhz həmin vaxt müzakirə olunacaq”


90plus.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov jurnalistlərə müsahibəsində deyib.


"İtaliyalı mütəxəssisin müqaviləsi seçmə mərhələnin sonunda bitir. Yığmada əsas problem məşqçidə yox, futbolçulardadır" - deyə Axundov əlavə edib.


“De Byazi gedib, ondan yaxşısı gələcəksə, mən razı. Amma hər şey futbolçulardan asılıdır. Oyunçular gərək komanda üçün can yandırsınlar. De Byazinin əvəzinə başqası gəlib futbolçuların yerinə oynamayacaq. Milli başımızın tacıdır. Hər birimiz milli komanda üçün çalışmalıyıq. Hamımız yığmanın uğurlu nəticə göstərməsini istəyirik” - AFFA İcraiyyə Komitəsinin üzvü qeyd edib.

0 comments
bottom of page