De Byazi ilk dəfə Qəbələyə getdi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qəbələyə səfər edib.

90plus.az xəbər verir ki, 65 yaşı mütəxəssis Premyer Liqanın 22-ci turunda bu gün keçiriləcək "Qəbələ" - "Neftçi" oyununu izləyəcək. Bu, italiyalı mütəxəssisin Qəbələyə ilk səfəridir.

Qeyd edək ki, sözügedən qarşılaşma 16:00-da başlayacaq.

0 comments