top of page

De Byazi millimizi tərk edə bilər


Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya komandalarından birinin sükanı arxasına keçə bilər. 90plus.az xəbər verir ki, bununla bağlı "Sky Sport"un jurnalisti Canluka Di Martsio çıxış edib. "Sampnews24" iddia edir ki, De Byazi "Sampdoriya"nın baş məşqçisi ola bilər. Çünki bu klubun idman direktoru Karlo Osti daim təcrübəli mütəxəssisin işini bəyənib. Hətta italiyalı baş məşqçi ötən mövsüm bu komandaya rəhbərlik etməyə yaxın olub. Lakin Di Martsionun sözləri "Fiorentina" və "Spetsiya"ya da şamil edilə bilər. Bu komandalar da hazırda yeni baş məşqçi axtarışındadırlar. Di Byazi ilə bağlı yeniliyin tezliklə açıqlanacağı bildirilir.

0 comments
bottom of page