De Byazi Serbiya ilə oyundan öncə 7 futbolçudan imtina etdi

DÇ-2022-nin seçmə mərhələsində bu gün Serbiyanı qəbul edəcək Azərbaycan yığmasının sözügedən oyun üçün iştirak ərizəsi məlum olub. 90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Canni De Byazinin Serbiya ilə matç üçün heyətində 23 futbolçu yer alıb. O, “23-lüy”ünə Namiq Ələsgərov, Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfovu daxil etməyib. Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə Yarımmüdafiəçilər: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev Qeyd edək ki, bu gün Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Serbiya görüşü saat 20:00-da başlayacaq.

0 comments