De Byazi yığmalarımızın məşqlərini izlədi

Millimizin yeni baş məşqçisi Canni De Byazi ötən gün “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində olub.



90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi 19 və 17 yaşadək futbolçulardan ibarət yığmaların məşqini izləyib. Qeyd edək ki, AFFA De Byazi ilə 1,5 illik müqavilə imzalayıb.

0 comments