top of page

De Byazinin köməkçisi İngiltərədə çalışmaq istəyir


Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Benito Karbone İngiltərənin "Bredford" klubuna müraciət edib. 90plus.az "Sky Sports"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis II liqa təmsilçisinin sükanı arxasına keçmək istəyir. Karbone "Bredford"un sabiq baş məşqçisi Derek Adamsın istefaya göndərilməsindən sonra bu addımı atıb. O, klub rəhbərliyinə öz namizədliyini təklif edib. Qeyd edək ki, Benito Karbone 2020-ci ildən Azərbaycan yığmasında çalışır.

0 comments
bottom of page