top of page

De Byazinin millidəki taleyinə nə vaxt aydınlıq gələcək?


Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin yığmadakı taleyinə dekabrın 2-də aydınlıq gələcək. 90plus.az xəbər verir ki, bu tarixdə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Toplantıda italiyalı mütəxəssisin hesabatı dinləniləcək və baş məşqçi məsələsi ilə bağlı müzakirə aparılacaq. İclasın gündəliyinə həmçinin aşağı yaş qruplarından ibarət yığmaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi də daxil edilib.

0 comments
bottom of page