top of page

De Liqt: ”Böyük biabırçılıq. “Real Madrid” son nəfəsini verəndə də qalib gəlir”


”Bayern Münhen” klubunun mərkəz müdafiəçisi Matteys De Liqt “Real Madrid”lə matçdan sonra hakim Marçiniakı fiti erkən çalmasına görə tənqid edib.


90plus.az xəbər verir ki, bu qərarın VAR-ın köməyi ilə verilməsi lazım olduğunu müdafiə edən hollandiyalı futbolçu belə deyib:


”Başa düşmürəm, oyunun davam etməsinə icazə verməlisən. Bunu edə bilməzsən. Bu çox açıq bir qaydadır.


Düşünürəm ki, bu, böyük səhv, böyük biabırçılıq idi. Bilmirəm, ofsayddı, ya yox, amma yoxlamasan, necə görə bilərsən? Yan xətt hakimi mənə “Bağışla, səhv etdim” dedi”.


Hakimlərin hər zaman “Real Madrid”in yanında olduqlarını söyləmək istəmirəm. Amma bu gün fərq yaradan bu oldu.


”Real Madrid” öldüyünü düşündüyündə, son nəfəsini verdiyində də qalib gəlir. Buna görə də 14 Çempionlar Liqası titulu var".


Mənbə: Movistar/ DAZN/ beIN SPORTS


Matçın son anlarında yaranan mübahisəli vəziyyət. VİDEO


Bu da Xoselunun 2-ci qolunun VAR görüntüsü. FOTO



0 comments
bottom of page