Lionel Messinin Argentina milli komandasındakı dostu Rodriqo De Paul dünyaca məşhur ulduzun İspaniyaya qayıtmasını istəyir.
"Atletiko Madrid"də çıxış edən De Paul 35 yaşlı ulduzun Madrid komandasına transfer olunmasını tövsiyə edib.
90plus.az xəbər verir ki, “El Larguero”-ya açıqlamasında Rodriqo De Paul argentinalı ulduzun gələcəyi ilə bağlı bunları deyib:
"Messi bura gəlməlidir. Korreaya deyirik ki, 10 nömrəli formanı Messiyə ver. Biz də Madridin mərkəzində mənzil axtarırıq".
Qeyd edək ki, mövsüm sonunda PSJ ilə müqaviləsi başa çatacaq Lionel Messi ilə bağlı bir çox iddialar yayılsa da, dünya şöhrətli ulduz hələ də dəqiq qərarını verməyib.
