
Son dünya çempionu Lionel Messi çarpayıda Dünya Kuboku ilə olan məşhur fotosunun necə çəkildiyini açıqlayıb.
90plus.az The Sun nəşrinə istinadən xəbər verir ki, Messi "o məşhur şəkli kim çəkib" sualına belə cavab verib:
" - Biz Argentinaya səhər tezdən çatdıq, çox az yatmışdıq. Səhər saat 6 idi, artıq televizoru açmışdım. Otağımla üzbəüz Rodriqo (de Pol) və Otamendi qalırdılar.
Yəqin ki, mənim vanna otağına getdiyimi və televizoru açdığımı eşidiblər. Bilmirəm niyə, amma o gecə dünya kuboku məndə qalmışdı, otağımda idi. Rodriqo içəri girəndə yanımda kubok var idi, oturmuşdum. O, dedi: “Uzan, sənin şəklini çəkəcəyəm”.
Rodriqo, qəşəng şəkil çəkir, komandamız üçün vacib insandır - həm futbolda, həm də insani mənada. Hər kəs onu zarafatcıl, şən görür. Ancaq işə gəldikdə, De Pol maksimumu verən və daha çoxunu istəyən biridir. O, komandamız üçün çox önəmlidir."