top of page

De Xea “Mançester Yunayted”lə qısamüddətli müqavilə imzalaya bilər

İspaniyalı qapıçı David de Xea “Mançester Yunayted”lə qısamüddətli müqavilə imzalaya bilər.


90plus.az “Sun Sport”a istinadən xəbər verir ki, “Mançester Yunayted”in qapıçısı Andre Onana 2024-cü ilin əvvəlində Afrika Millətlər Kubokuna gedəcəyi üçün ona əvəzedici olaraq De Xea İngiltərə klubunda çıxış edə bilər.


De Xea 2011-2023-cü illərdə “qırmızı şeytanlar”ın heyətində çıxış edib. 32 yaşlı qolkiper hazırda azad agent statusundadır.



0 comments
bottom of page