De Xeadan uğursuz göstərici

“Mançester Yunayted”in qapıçısı David de Xea son 36 penaltini dəf edə bilməyib.

90plus.az xəbər verir ki, bu barədə WhoScored.com saytı məlumat yayıb. 30 yaşlı qolkiper son dəfə 2016-cı il aprelin 23-də penaltidən qol buraxmayıb. O, İngiltərə kubokunun yarımfinalında həmin vaxt “Everton”da çıxış edən Romelu Lukakunun zərbəsini dəf edib. Görüş “Mançester Yunayted”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ötən gün isə ispaniyalı qapıçı Avropa Liqasının finalında “Vilyarreal”a qarşı matçın penaltilər seriyasında 11 top buraxıb və qurtarış edə bilməyib. “Vilyarreal” əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə məhz penaltilər seriyasında 11:10 hesabı ilə qalib gələrək, çempion olub.

Qeyd edək ki, De Xea 2011-ci ildən “qırmızı şeytanlar”da çıxış edir.

0 comments