"Mançester Siti" Argentinanın “Velez Sarsfeld” klubunun oyunçusu Maksimo Perronenin transferini tamamlayıb.
90plus.az Fabrizio Romanoya istinadən xəbər verir ki, Perrone ilə 2028-ci ilin iyun ayına qədər müqavilə imzalanacaq.
Oyunçunun transferi ilə bağlı tezliklə rəsmi məlumat veriləcək.
Qeyd edik ki, bu mövsüm 22 matça çıxan argentinalı oyunçu 2 qol ilə yadda qalıb.
