
Sual: - Avropada hazırda fəaliyyətini davam etdirən üçüncü ən yaşlı baş məşqçisiniz. Azərbaycan millisindən sonra karyeranızı bitirmək haqqında düşünürsünüz, ya hələ tamamlanmamış missiyanız qalıb?
Canni de Byazi: - Ciddisiniz? Hansılardır ki, məndən daha yaşlı olanlar?
- Hazırda Kosovo milli komandasına başçılıq edən fransalı Alan Jiress (71) və Polşa millisinə yenicə təyinat alan portuqaliyalı Fernandu Santuş (68) sizdən daha yaşlıdırlar. Sizin isə artıq 66 yaşınız tamam olub...
- Mən axı onlardan çox cavanam (gülür). Zarafat bir tərəfə, mənə hələ də təkliflər gəlməyə davam edir. Xidmətimdə maraqlı olan komandalar var.
- Bu ki eksklüziv xəbərdir. Bəlkə bizimlə də bölüşəsiniz, kimdir sizinlə maraqlananlar?
- Bunun artıq bir önəmi yoxdur. Çünki mən onlara qəti şəkildə bildirmişəm ki, dekabr ayına qədər Azərbaycan millisi ilə müqaviləm var və burdan heç yerə getmək fikrim yoxdur. Təbii ki, qovmasalar.
- "Report"