top of page

Deklan Rays: "Bu qələbə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir"

“Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays Avropa Konfrans Liqasının “Fiorentina” ilə final görüşü (2:1) haqda danışıb.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qələbə qolunun müəllifi Carrod Bouendən söz açıb:


“Bu qələbə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Komanda uğur qazanmaqda qərarlı idi. Özümüzə inandıq. Təkcə baş məşqçi və futbolçular üçün yox, eyni zamanda, azarkeşlər üçün də çox xoşbəxtəm.


Bouen qələbə qolunu vurmaq üçün qaçanda öz-özümə dedim: “Bu, sənin üçün əla fürsətdir”. Sonra topun qapıya daxil olduğunu gördük. İnanılmaz an idi, hələ də şokdayam”.


Xatırladaq ki, “çəkicdöyənlər” 58 ildən sonra ilk dəfə avrokubokların final görüşündə qalib gəlib.



0 comments
bottom of page