top of page

Deko açıqladı: Messi üçün “Barselona” vida matçı təşkil edəcək

"Barselona"nın idman direktoru Deko 2003-2021-ci illərdə klubda oynamış hücumçu Lionel Messi üçün vida matçının təşkil olunacağını təsdiqləyib.


90plus.az xəbər verir ki, klub rəsmisi AS-a açılamasında deyib: “Düşünürəm ki, vida matçı stadionun yenidən qurulmasından sonra olacaq. Messi həmişə klubun tarixində ən böyük kumir olacaq. Klubun Kroyff, Ronaldo kimi böyük kumirləri var idi, amma o, bəlkə də hamıdan böyükdür.


Lionel mütləq vida oyununu "Barselona"da keçirəcək, amma bunun nə vaxt olacağını bilmirik. Ümid edirəm ki, Messi daha uzun illər oynayacaq. Çünki futbolu sevən, ondan həzz alan insanlar onu görməkdən şad olacaqlar”.

Qeyd edək ki, Messi bu ilin yayında PSJ-dən ayrılaraq azad agent kimi "İnter Mayami"də keçib.



0 comments
bottom of page