Dembele azad agent kimi klubdan ayrılacaq



"Barselona"nın hücumçusu Usman Dembele klubla müqaviləsini yeniləməyəcək. 90plus.az xəbər verir ki, bu barədə "goal" xəbər yayıb. Bildirib ki, futbolçu növbəti yay transfer pəncərəsində komandadan ayrılacaq. O, "Nyukasl"a azad agent kimi keçməyi planlaşdırılır. Dembelenin İngiltərə klubunda illik 15 milyon avro + 5 milyon avro bonus məvacib alacağı bildirillib. "Barselona" 2017-ci ildə "Borussiya"dan (Dortmund) 105 milyon avro + 40 milyon avro bonusa aldığı fransalı oyunçu ilə 2 illik yeni müqavilə imzalamaq istəsə də, futbolçu bunu qəbul etməyib.

0 comments