top of page

"Dembele müasir futbolun ən böyük fransalı istedadıdır"


Seneqal milli komandasının keçmiş futbolçusu Rikardo Fati PSJ-nin yeni transferi Osman Dembele haqda danışıb.


90plus.az RMC-yə istinadən xəbər verir ki, o, Dembeleni sehrli futbolçu adlandırıb:


“Dembele müasir futbolun ən böyük fransalı istedadıdır. Mən əsl istedaddan danışıram, uzun-uzadı uğur hekayələri və kuboklardan yox.


Zinəddin Zidan, Hatem Ben Arfa, Frank Riberi haqda fikir bildirə bilərsiz, lakin Dembele daha güclüdür. Bu, şəxsi fikrimdir.


Osman mənə Ronaldo Nazarionu və Ronaldinyonu izlədiyim zaman keçirdiyim hissləri yaşadır. Sehrli futbolçudur. Mən Dembelenin ən güclü və ya mükəmməl oyunçu olduğunu demirəm”.


Dembele yay transfer pəncərəsində “Barselona”dan PSJ-yə keçib və onunla 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.



0 comments
bottom of page