Dembele qərarını verdi

İspaniyanın “Barselona” klubu futbolçusu Osman Dembele ilə yeni müqavilə imzalamağa hazırlaşır.

90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı vingerlə razılıq əldə edib. Bu barədə Fransanın “Foot Mercato” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın yaxın zamanda Dembele ilə yeni müqavilə imzalayacağı bildirilib.


2017-ci ildən “Barselona”da çıxış edən fransalı futbolçunun indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.

0 comments