"Atletiko"nun yeni transferi Memfis Depay forma nömrəsini seçib.
90plus.az klubun saytına istinadən xəbər verir ki, niderlandlı hücumçu 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Depay dünən "Barselona"dan Madrid təmsilçisinə transfer olunub. O, yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.