
"Qarabağ"ın futbolçusu Kevin Medina zədələnib.
90plus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi "Neftçi"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XVI tur oyununda sıradan çıxıb.
Onun yerinə meydana 80-ci dəqiqədə Bədavi Hüseynov daxil olub.
Qeyd edək ki, "Qarabağ" 4:0 hesabı ilə qələbə qazanıb.