top of page

“Desəydiniz, azlıqda qalan rəqibə məğlub olacağıq, inanmazdım"


Misli Premyer Liqasının 31-ci turunda "Zirə - Neftçi” (3-1) oyunundan sonra mətbuat konfransında Rəşad Sadıqov və Miodraq Bojoviç fikirlərini səsləndirib.


90plus.az hər iki çalışdırıcının fikirlərini təqdim edir:

Rəşad Sadıqov: Oyun haqda fikir bildirmək çox çətindir. Emosiyalar çox qarışıqdır. Gərgin və ağır mübarizə şəraitində keçən oyun oldu. Futbolçularımı təbrik edirəm, bağrıma basıram. Vacib qələbə qazandıq. Amma bayram eləməyə vaxtımız yoxdur. Bütün fikrimizi 3 gün sonrakı “Qəbələ” ilə oyuna (kubok) yönəltməliyik”.


Qırmızı vərəqədən sonra hücumameylli oyunçuları meydana buraxmasından: “Dəyişikliklərdən sonra məğlub da ola bilərdik. Amma o an fikrimdən elə keçdi - hücum xəttini dəyişmək. Sevinirik ki, effektiv alındı. Şükür Allaha, bu gün bizə vacib zəfər nəsib elədi”.

Miodraq Bojoviç: "İlk hissədə yaxşı oynadıq. Rəqib azlıqda qalana qədər oyunu idarə edən tərəf bizi idik. "Zirə" 10 nəfərlə oynamağa başlayandan  sonra futbolçularım düşünürdülər ki, asanlıqla qələbə qazanacaqlar. "Zirə" qırmızı vərəqədən sonra toparlandı, standart vəziyyətdən qapımıza qol vurdular. Səhvlərimizdən "Zirə"yə iki qol hədiyyə etdik. Mənə desəydiniz ki, azlıqda qalan rəqibə məğlub olacağıq, inanmazdım".

0 comments
bottom of page