top of page

Devid Bekhem Xorxe Messi ilə görüşündən danışdı

“İnter Mayami”nin həmsahibi Devid Bekhem argentinalı hücumçu Lionel Messinin agenti və atası Xorxe Messi ilə görüşündən danışıb.


90plus.az “The Athletic”-ə istinadən xəbər verir ki, görüşdə argentinalı futbolçu hələ “Barselona”da oynadığı vaxt onun Amerika klubuna keçə biləcəyi müzakirə edilib. Bekhemlə Messinin atasının dialoqu 2019-cu ildə baş tutub. Bu barədə Bekhem belə deyib:


“Biz təyyarəyə mindik və gizli şəkildə Londondan Barselonaya uçduq. Otelə girib Xorxe Messi ilə görüşdük və dialoqa başladıq. Dedik: “Oğlunuzun bir gün bizim komandada oynamasını istərdik. Bunun hələ mümkün olmadığını bilirik, amma Leonun bir gün Mayamidə olmasını çox istərdik.


Sonra Messinin ABŞ idmanı üçün, MLS üçün və “İnter Mayami” üçün nə edə biləcəyini izah edərək, inanılmaz bir iş gördük”.


Messi bu ilin yayında PSJ-dən ayrılaraq, “İnter Mayami”yə keçib.



0 comments

Comments


bottom of page