top of page

Deşam Polşa millisi haqqında fikirlərini səsləndirib

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin 1/8 finalında Polşaya qalib gələrək (3:1) 1/4 finala adlamaları barədə danışıb. 


90plus.az "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssis rəqibin də güclü komanda olduğunu vurğulayıb deyib:


“Asan deyildi. Polşa milli komandası yaxşı təşkil olunmuşdu və bizi məyus etməyə hazır idi. Fasilədə bəzi dəyişikliklər etməli olduq. Bundan sonra üstünlük əldə etdik. Mbappe bir çox problemləri həll etməyə qadirdir, bu, bizim üçün yaxşıdır. Əvvəldən möhkəm komandamız var və yaxşı nəticə əldə edirik”.


Qeyd edək ki, Fransa 1/4 finalda İngiltərə - Seneqal matçının güclüsü ilə qarşılaşacaq. İngiltərə - Seneqal görüşü isə bu gün saat 23:00-da başlayacaq.

0 comments
bottom of page