Di Maria haqda “yaxşı oğlan” dedi, Maradonaya bənzətdi

“Parma”nın qapıçısı Canluici Buffon “Yuventus”a keçəcəyi gözlənilən argentinalı yarımmüdafiəçi Anxel Di Maria haqda danışıb.

90plus.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Buffon, Di Marianı mərhum argentinalı futbolçu Dieqo Maradona ilə müqayisə edib:


“İndi A Seriyasında Di Maria Maradonaya bənzəyər. Düz deyirəm? Futbolçuları oynadıqları kontekstə görə qiymətləndirmək lazımdır. Di Maria rəqiblərini təkbətək mübarizədə asanlıqla məğlub edir, ötürmələr verir. O, müxtəlif rolları oynaya bilər. Bir sözlə: o, futbolçudur!


Onun 34 yaşı var? Mən ondan 10 yaş böyükəm, amma hələ də oynayıram. Yaşın fərqi yoxdur, daha önəmlisi motivasiya, ehtiras və qətiyyətdir. Di Maria “Yuventus”a keçərsə, bu, onun bu çağırışa hazır olması deməkdir.

Söhbət nümunəvi peşəkardan, oyun və məşq zamanı heç vaxt təslim olmayan, mübarizə aparan yaxşı oğlandan gedir. Yenə deyirəm, bugünkü A Seriyası üçün o, Maradona kimi olardı”.


Di Maria PSJ ilə yollarını ayırıb. Onun “Yuventus”a keçəcəyi gözlənilir.

0 comments