Di Mariya karyerasının ən pis məşqçisinin adıını açıqladı

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya karyerasının ən pis məşqçsini seçib.

90plus.az "Daily Express"ə istinadən xəbər verir ki, argentinalı oyunçu "Mançester Yunayted"də birgə işlədiyi Lui van Qalı ən pis məşqçi hesab edib: "Mançester Yunayted"də oynayanda əsas problemim məşqçi idi. Van Qal indiyə qədər işlədiyim ən pis məşqçidir. Qol vurub, sərt ötürmə verə bilirdim, amma səhər yenə də anlaşılmaz iddialar irəli sürürdü. Oyuna təsir edə biləcək sərt futbolçuları heç sevməzdi".

Qeyd edək ki, 33 yaşlı futbolçu 2014/15 mövsümünü "Mançester Yunayted" də keçirib.

0 comments

Recent Posts

See All