
PSJ-nin klubunun futbolçusu Anxel di Mariya Kriştiano Ronaldonun Paris klubunda oynamaq arzusundan danışıb.
90plus.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi "TyC Sports"a açıqlamasında bildirib ki, portuqaliyalı forvard PSJ-də oynamaq üçün ölür:
"Oyunçularımızın səviyyəsi inanılmazdır. Belə şeylər tez-tez olmur. Böyük futbolçular ən yaxşılarla oynamaq istəyirlər. Əlbəttə, Ronaldo da burada olmaq istəyərdi. Amma PSJ Messini aldı. Fikrimcə, bu, daha yaxşıdır".
Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.