Di Natale baş məşqçi oldu

İtaliya millisinin sabiq futbolçusu Antonio Di Natale C seriyasında komanda çalışdıracaq.

90xəbər verir ki, o, “Karrareze”yə baş məşqçi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Karrareze” C Seriyasında 40 xalla 15-ci sıradadır.

Qeyd edək ki, keçmiş hücumçu 2015-ci ildə futbolçu karyerasını bitirib. O, daha əvvəl “Spetsiya” klubunda məşqçi kimi çalışıb.

0 comments