top of page

Dibala: "Mən penaltini küncdən vurmaq istədim, amma Martines mənə dedi ki..."

Argentina millisinin hücumçusu Paulo Dibala DÇ-2022-nin finalında Fransa ilə matçda penaltilər seriyasında penalti zərbəsini Uqo Llorisinin qoruduğu qapının mərkəzinə vurmağının səbəbi haqda danışıb.


90plus.az xarici KİV-lərə istindən xəbrə verir ki, o, komanda yoldaşı Emiliano Martinesin məsləhəti ilə bu addımı atdığını deyib: “Bəli, Emiliano Martinesin məsləhəti ilə Llorisin mərkəzini seçdim. Mən başa düşdüm ki, penaltilər seriyalar üçün meydana buraxılmışam, ona görə də zərbəni düzgün yerinə yetirməli idim. Küncdən vurmaq istədim, amma Martines mənə mərkəzdən vurmağı dedi, çünki Lloris mütləq tərəflərdən birinə tullanacaqdı. Və hər şey belə oldu".


Qeyd edək ki, Argentina penaltilər seriyasında Fransaya 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.



0 comments
bottom of page