Dibalanın 10 milyon avro maaş istəyi

“Yuventus” futbolçusu Paolo Dibalanı komandada saxlamaq istəyir.

90plus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi argentinalı yarımmüdafiəçiyə yeni 4 illik müqavilə təklif edib.

Müqavilədə Dibalanın maaşı 8,5 milyon avro göstərilib. Ancaq Dibala illik 10 milyon avro maaş istəyir. Hələ ki, danışıqlar davam edir və tərəflərin ortaq məxərəcə gəlib-gəlməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.

0 comments