Didye Deşam ilə bağlı qərar verildi


Fransa millisinin baş məşqçisi Didye Deşam istefaya göndərilməyəcək.


90plus.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel le Qrae "RMC Sport"a açıqlamasında deyib.

O, bildirib ki, 53 yaşlı məşqçi DÇ-2022-nin sonunadək yığmanın sükanı arxasında olacaq.


Qeyd edək ki, Fransa millisi AVRO-2020-nin 1/8 finalında İsveçrəyə uduzaraq mübarizəni dayandırıb.

0 comments