top of page

Dieqo Kosta və dostları 100-ə yaxın insanın həyatını xilas etdi!


"Atletiko" və "Çelsi"nin sabiq hücumçusu Dieqo Kosta dostları ilə birgə Braziliyanın Rio-Qrandi-du-Sul ştatında baş verən daşqından 100-ə yaxın insanı xilas edib.


90plus.az xəbər verir ki, Kosta məşqdən evə qayıdarkən təbii fəlakət səbəbindən köməyə ehtiyacı olan bir qrup insana rastlaşıb. Futbolçu öz hidrosiklini verərək onlara dəstək olub. Bundan əlavə, D. Kosta su nəqliyyat vasitələri olan dörd dostunu çağırıb.

Bildirilir ki, onlar ümumilikdə 100 nəfərə yaxın insana lazımi yardım göstəriblər.


Qeyd: 35 yaşlı hücumçu hazırda Braziliyanın "Qremio" klubunun oyunçusudur. Sözügedən klubun ev oyunlarını keçirdiyi "Qremio Arena"nı da sel səbəbindən su basıb.

0 comments
bottom of page