"Dinamo" Bakıdadır

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Neftçi"nin qonağı olacaq Gürcüstanın "Dinamo" (Tbilisi) klubu artıq Bakıdadır.


90plus.az klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Tbilisi təmsilçisi az öncə paytaxtımıza çatıb. Qeyd edək ki,iyulun 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" cavab görüşü saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Bakı klubu 2:1 hesabı ilə qalib gəlib.

0 comments