"Dinamo" Mahiri Avropa Liqasındakı matçlar üçün sifariş ərizəsinə saldı!


Millimizin üzvü Mahir Emrelinin yeni klubu "Dinamo" (Zaqreb) Avropa Liqasının pley-offunda "Sevilya" ilə oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

90plus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiya klubu Mahir Emrelinin adını da siyahıya daxil edilib.


Qeyd edək ki, 25 yaşlı hücumçu "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb. Paytaxt klubu "Sevilya"ya qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.

0 comments