"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli yaxşı formadadır"

Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli hazırda yaxşı formadadır.

90plus.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç UEFA Avropa Liqasının pley-off mərhələsində İspaniya "Sevilya"sı ilə oyundan öncə yerli jurnalistlərə açıqlama verib.


45 yaşlı mütəxəssis 25 yaşlı hücumçunun məşlərdə iştirak etdiyini bildirib: "Öz mövqeyindəki oyunçularla rəqabət aparır. Amma start heyətində kimlərin oynayacağını görüş başlayanda biləcəyik. Daha çox Bruno Petkoviçin ilk "11-lik"də olacağını düşünürəm. Çünki onun hazırlığından razı qaldım. Hamı oyuna hazırdır. Səbirsizliklə qarşılaşmanın başlamasını gözləyirik".


Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0 comments

Recent Posts

See All